Şəki-Oğuz avtomobil yolunda baş verən avtomobil qəzası zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Gunxeber.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 9-u, saat 14:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (qadın cinsli) hospitalizasiya olunub.
“Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta stabil qiymətləndirilir”, – deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Şəki-Oğuz avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az xəbər verir ki, yolun Şəki rayonunun Oraban kəndi ərazisindən keçən hissəsində 1981-ci il təvəllüdlü Sarvan İmamverdiyevin idarə etdiyi 48-BC-127 nömrə nişanlı VAZ-2112 markalı avtomobil ilə 1967-ci il təvəllüdlü Rəşid Umarovun idarə etdiyi 77-DA-415 nömrə nişanlı “Toyota” markalı maşın toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində Sarvan İmamverdiyevin idarə etdiyi avtomobildəki iki sərnişin xəsarət alıb.






