Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.

Gunxeber.Az “Report”a istinadla xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisində yerləşən su nasosu qurğusunda çalışan, 1969-cu il təvəllüdlü Q.Mikayılov iş başında vəfat edib.

İlkin məlumata görə, o, infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.