Bakının Xəzər rayonunun Qala qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, hadisə ötən gün saat 17:12-də Qala-Pirallahı yolunda qeydə alınıb.

Qala qəsəbəsindən Zirə qəsəbəsi istiqamətində hərəkətdə olan Niyaməddin Kərimxan oğlu Həsənovun idarə etdiyi “Wolksvagen Tuareg” markalı, 77-TG-630 dövlət nömrə nişanlı avtomobil yolu keçən piyada – 1968-ci il təvəllüdlü Xatirə Sabiq qızı Cabbarovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.