Gunxeber.Az bildirir ki, bu barədə ” Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə öz rəsmi sosial media hesabında paylaşım edərək qeyd edib.
Sanatoriyada terapiya alan 10 uşağımızın reabilitasiyası başa çatıb. Dövlət müəssisəsinə köçürülməlidir, “oralardan” gələn xəbərlərə görə uşaq evlərində yer yoxdur . Amma var!!! Deyəsən ailələrə qaytarmaq planlaşdırılır.Zorakılıq görən uşaqlardan söhbət gedir…dedim biləsiniz…
“Oralara” önəmli olan statistikanı azaltmaqdır…
Zorakılığa məruz qalan 2 yaşlı körpə isə komadadır…Onun da ailəsi qiymətləndirilmədən ailəyə qaytarılması qərarı məhkəmədə çıxmışdı…






