Mingəçevir şəhərində 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Gunxeber.Az-ın əldə etdiyi məlumata görə, hadisə Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş verib.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov binada təmir işləri apararkən ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.