İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Qurbanəfəndi kəndi ərazisində baş verib. “Toyota” və VAZ-21011 avtomobilləri toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Gunxeber.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.






