Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının Respublika mərhələsində İsmayıllı rayonunu təmsil edən “İsmayıllı” komandası yüksək bilik və əzmkarlıq göstərərək I yerə layiq görülüb!
Bu uğur – həm şagirdlərimizin zəhmətinin, həm də müəllimlərin fədakar əməyinin nəticəsidir.
Olimpiadanın əsas məqsədi şagirdlərdə fənlərə marağın artırılması, dünyagörüşün genişləndirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılmasıdır. İsmayıllı komandası bu məqsədləri layiqincə təcəssüm etdirərək respublika birinciliyini qazanıb.
Şagirdlərimizi və müəllimlərini ürəkdən təbrik edirik!











