Göyçay rayonunun Mollahacılı kəndində yanğın hadisəsi baş verib.
Gunxeber.Az məlumat verir ki, kənd sakini, 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus 8 otaqlı ev əşyalarla birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranmış qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.






