Gəncədə yeniyetmə qız dördüncü mərtəbədən yıxılıb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü A.P. binanın dördüncü mərtəbəsindən yıxılıb.

O, xəstəxanaya aparılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.