Gunxeber.Az-ın məlumatına görə, “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin 7 nəfər sakini peşə təhsil mərkəzinə qəbul olub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Qəbul olunan tələbələr arasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən uşaqlarda var.

Müsabiqədən uğurla keçmiş uşaqlarımız bu ildən ehtibarən yüksək peşə təhsili istiqamətində müxtəlif Peşə Təhsil Mərkəzlərində, Veb dizayn və proqram təminatı,Əməliyyatçı mühasib,Mühasibat uçotu,Aşpaz və digər ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər.