20 Yanvar faciəsinin ildönümü münasibətilə Loqos Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə xanım Paşayeva və mərkəzin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər.

Gunxeber.Az məlumat verir ki, ziyarət zamanı Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Kollektiv üzvləri 20 Yanvar faciəsinin xalqımızın tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, bu qanlı hadisənin azərbaycanlıların azadlıq iradəsini daha da gücləndirdiyini qeyd edib.

Loqos Psixoloji və Nitq Mərkəzinin kollektivi şəhidlərin ruhu qarşısında baş əyərək, onların müqəddəs xatirəsinin hər zaman hörmətlə yad ediləcəyini bildirib.