Lerikdə güclü qar nəticəsində evin dam örtüyü uçub.
Gunxeber.Az-ın məlumatina görə, hadisə Lerik rayonunun Hamarmeşə kəndində qeydə alınıb. Kənd sakini Asəf Muradova məxsus fərdi yaşayış evinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub
Hadisə nəticəsində xəsarət alan olmayıb. Damın uçması səbəbindən ev yaşayış üçün yararsız hala düşüb.
Hadisə barədə müvafiq qurumlara məlumat verilib, ailə müvəqqəti olaraq qohumlarının evinə yerləşdirilib. Evdə olan əşyalar çıxarılıb.
Qeyd edək ki, kəndə 1 metrə yaxın qar yağıb.











