20 sentyabr 2025-ci il tarixində “Inclusive Organization Company”, “Bayraqdar” İctimai Birliyi, “Sara Xatun Mədəni Maarifçilik” İctimai Birliyi və “Ümidlə Gəl” xeyriyyə layihəsinin təşəbbüsü ilə, Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, “İDDO” Psixi Sağlamlıq Proqramı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Azərbaycan Uşaqları” İctimai Birliyi, “Samra Center” Uşaq İnkişaf Mərkəzi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və Yeni Klinikanın rəsmi tərəfdaşlığı ilə “İnklüzivliyin Sirri 4” Forumu baş tutdu. Tədbir Yeni Klinikanın ev sahibliyində təşkil olundu.
Forum “Konstitusiya və Suverenlik ili” çərçivəsində nitq məhdudiyyətli şəxslərə və inklüziv təhsilə həsr olunmuşdu. Əsas məqsəd – nitq məhdudiyyətli şəxslərin təhsil sisteminə inklüziv inteqrasiyasının əsaslarını müzakirə etmək, qabaqcıl beynəlxalq təcrübələri, klinik və pedaqoji yanaşmaları paylaşmaq idi.
Forum 3 panel üzrə təşkil olundu:
1. İnklüzivliyin Sirri
2. İnklüziv Təhsil
3. Nitq Məhdudiyyətli Şəxslər
Açılış nitqləri ilə Yeni Klinikanın direktoru, “Azərbaycan Daxili Xəstəliklər Dərnəyi”nin təsisçisi və sədri Barat Yusubov, eləcə də millət vəkili, onlarla elmi və publisistik məqalənin müəllifi Məzahir Əfəndiyev çıxış etdilər.
1-ci panel – “İnklüzivliyin Sirri”
Paneldə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri, “İDDO Psixi Sağlamlıq” Proqramının rəhbəri Jalə Əhmədova, millət vəkili Vüqar İskəndərov, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə və Hazel şirkətinin rəhbəri, biznes konsultant Sakit Səmədov çıxış edərək mövzu ətrafında müzakirələr apardılar və auditoriyanın suallarını cavablandırdılar.
2-ci panel – “İnklüziv Təhsil”
Panelin açılış nitqini millət vəkili Ceyhun Məmmədov “İnklüziv təhsil və onun perspektivləri” mövzusunda etdi. Daha sonra “Samra Center”in təsisçisi və rəhbəri, erqo-terapevt Bahar Bayramlı, “Sabah” Təhsil Departamentinin rəhbəri Samirə Həsənova, “Inclusive Edu Academy” və İnklüziv.az saytının rəhbəri Günay İsmayılova, pedaqoq və beynəlxalq təlimçi Ülviyyə Hüseynli çıxışları ilə mövzunu zənginləşdirdilər.
3-cü panel – “Nitq Məhdudiyyətli Şəxslər”
Panelin açılışında “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev auditoriya ilə öz fikirlərini bölüşdü. Ardınca “Melior kids” uşaq inkişaf mərkəzinin rəhbəri, psixoloq Fidan Mərdəliyeva, “Esminur Tədris Mərkəzi & Mini Bağça”nın rəhbəri Esmira Hüseynova, “Sən 1 Sən” beyin mərkəzinin rəhbəri Fəridə Quluzadə “Qüsursuz Nitq” Psixologiya Mərkəzinin rəhbəri Esmira Qafarova çıxış edərək nitq məhdudiyyətli şəxslərin maarifləndirilməsinə töhfə verdilər.
Forum çərçivəsində iştirakçıların sualları cavablandırıldı, “coffee break” fasiləsi təşkil olundu. Tədbirin foye hissəsində isə Milk Choco-art (rəhbər: Röyalə Quliyeva) tərəfindən catering xidməti göstərildi. Həmçinin Rəhimə Mənsimzadə təşəkkürnamə ilə təltif edildi.
Mükafatlandırma:
Sonda isə panel spikerlərinə iştirakları üçün təşəkkürnamələr təqdim edilmiş həmçinin xatirə fostosu çəkilmişdir.



















