Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Alıyevin İctimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “TikTok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.
Gunxeber.Az Qafqazinfo.az-a istinadla xəbər verir ki, eyni zamanda, icra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlərdən istifadə edib.
Onun bu hərəkəti müzakirələrə səbəb olub və sərt tənqid edilib.
Məsələ ilə bağlı Füzuli RİH-dən məsələyə reaksiya verilib:
“Sürücü vəzifəsində işləyən Habil Eyvazov uzun müddətdir bizdə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq”.
Qeyd edək ki, bu barədə ilk Demokrat.az saytı məlumat yayıb.






