Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yanğının baş verdiyi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunublar.
Gunxeber.Az xəbər verir ki, hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN əməkdaşları tərəfindən bina sakinlərinin təxliyəsi aparılıb.
Əlavə məlumat veriləcək.
Çoxmərtəbəli binada baş verən yanğınla əlaqədar polis əməkdaşları da hadisə yerinə cəlb ediliblər.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.












