09 yanvar 2026-ci il tarixində tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 2026-cı ilin ilk seminar-müşavirəsi keçirilib.

Gunxeber.Az məlumat verir ki, seminar-müşavirədə 2025-ci ildə görülən işlər barədə geniş hesabat verib, əldə olunan nəticələri diqqətə çatdırıb. Eyni zamanda, 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və memarlıq ili” elan olunması ilə əlaqədar olaraq qarşıda duran vəzifələr, prioritet istiqamətlər və fəaliyyət planları müzakirə olunaraq əməkdaşlara müvafiq tapşırıqlar verilib.

Tədbir çərçivəsində yeni ilin iş prinsipləri, təşkilati məsələlər və mədəniyyət sahəsində görüləcək işlərlə yanaşı, keçirilmiş monitorinqlər, əmək intizamına riayət olunması və iş prosesində nizam-intizamın gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb, bu istiqamətdə əməkdaşlara müvafiq tövsiyələr verilib.