Gunxeber.Az xəbər verir ki, Tədbir Salyan rayon İcra Hakimiyyəti, YAP Salyan rayon təşkilatı və Salyan rayon Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Şamxal Əhmədov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva, “Əməkdar müəllim” Sehranə Rzayeva, tarixçi-tədqiqatçı Sahib Həsənov, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, rayon Peşə liseyinin direktoru Ruslan Fətullayev və başqaları çıxış edərək Azərbaycanın Konstitusiyasının müstəqil dövlət quruculuğunda oynadığı mühüm roldan, ölkəmizin suverenliyinin təmin olunmasında hüquqi əsasların əhəmiyyətindən bəhs ediblər.
Bildirilib ki, Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində ilk ciddi addımlar Ümummilli Lider Heydər Əliyevin dövründə atılmış, bu proses bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Konstitusiyamızın ruhunda da məhz bu müdrik siyasi xəttin təməl prinsipləri əksini tapmışdır. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz öz suverenliyini tam bərpa etmiş, azad olunmuş ərazilərimizdə dövlətimizin suveren hüquqları tam şəkildə təmin olunmuşdur. Bu, dövlət müstəqilliyinin və hüquqi əsasların möhkəmliyinin parlaq təzahürüdür.
Sonda qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər gənc nəslin hüquqi maariflənməsində, dövlətçilik ideallarının aşılanmasında mühüm rol oynayır və hər bir vətəndaşın öz hüquq və vəzifələrini dərindən dərk etməsinə xidmət edir.





















