İsmayıllı rayonu Basqal qəsəbəsi və Sumağallı kəndində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının nümayəndəsi, qoruq və meşə təsərrüfatı əməkdaşları, eləcə də kənd sakinlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin məqsədi ölkə ərazisində meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, əhali arasında təhlükəsizlik qaydalarının izahı və qabaqlayıcı tədbirlərin vacibliyinin diqqətə çatdırılması olmuşdur.

İctimaiyyətin maarifləndirilməsi və profilaktik tədbirlərin həyata keçirilməsi meşələrimizin qorunması və təbiətin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.

İsmayıllı rayonu sakinlərinin fəal iştirakı ilə keçirilən görüşdə mövzuya dair suallar cavablandırılmış, əyani təlimatlar təqdim olunmuşdur.