2025-ci il iyul ayının 31-də Gəncə şəhərində ilk yardım təlimi üzrə tədbir keçirilib. Tədbir AzQAC Gəncə regional mərkəzinə daxil olan 8 rayon bölməsini əhatə edib.

Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşkilatçılığı ilə reallaşdırılıb və iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklərin aşılanması baxımından böyük əhəmiyyət daşıyaraq, ilk yardım mövzusunu tam olaraq əhatə edib.