27 Sentyabr – Anım Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə dövlət qurumlarının əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əkilən hər bir ağac Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsinə ehtiramın rəmzi kimi torpağa köklənib.