Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Gunxeber.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xətai rayonu, Cavanşir küçəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Aygün Mirakif

Bakıda yaşayış binasında yanğın başlayıb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Cavanşir küçəsində qeydə alınıb.

Küçədəki beşmərtəbəli yaşayış binalarından birindəki yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.

Alovun qarşısının alınması üçün işlər görülür.

YouTube player