Bakıda 51 yaşlı kişi küçədə bıçaqlanıb.

Gunxeber.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elvin Nuru oğlu Məmmədli metronun “Xətai” stansiyasının qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Gunxeber.Az-a bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasındakı insidentlə bağlı polisə məlumat daxil olub. Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.