Bakıda körpə bacı-qardaş dəm qazından boğularaq ölüb.

Gunxeber.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü Fərxan Fərman oğlu Səfərov və bacısı Kübraxanım yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itirib.

Faktla bağlı araşdırma aparılır.