Bərdədə yanğın hadisəsi baş verib.

Gunxeber.Az xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. Fərdi yaşayış evlərinə yaxın ərazidəki kol-kos və ağaclar yanıb.

Faktla bağlı əraziyə FHN-nin müvafiq qüvvələri 2 yanğın söndürən maşın cəlb edilib. Yanğın genişlənməsinə imlan verilmədən və fərdi yaşayış evlərinə keçmədən söndürülüb.

Hadisənin hansı səbəbdğn baş verməsi araşdırılır.