Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) arasında Memorandum imzalanıb. Memorandumu AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov və AHİİTA-nın direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Fikrət Hacıyev imzalayıblar.

Gunxeber.Az-ın məlumatına görə, memorandumda tərəflərin birgə sosial proqramların icrası, velosiped idman növlərinin ölkə üzrə təşviqi, idman strukturlarından və qurğularından qarşılıqlı istifadə, müxtəlif tədbirlərin təşkili və digər məsələlər əksini tapıb.