“Mayın 31-də saat 06:50-də 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub”.

Bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

“Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır”, – deyə qeyd edilib.

Aləmdə Nəsib

Goranboy rayonunda qardaş bacısına xəsarət yetirib.

Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonun Nizami kəndində baş verib. Kənd sakini, 1987-ci il təvəllüdlü Gülnarə Abbasova ilə qardaşı 1993-cü il təvəllüdlü Samir Nəcəfov mübahisə edib. Mübahisə nəticəsində S.Nəcəfov bacısının boğazını kəsib.

Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Nəcəfov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.