
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Rövşən Əliyev və Valeh Valehov saxlanılıblar.
Gunxeber.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Məlumata görə, onlardan 2 kiloqrama yaxın marixuana, metamfetamin və heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.