
Ağdam sakini göbələkdən zəhərlənərək ölüb.
GunXeber.Az-ın məlumatına görə, hadisə rayonun Şurabad kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Murad Əsədov yediyi göbələkdən zəhərlənib. O, təcili tibbi yardımla xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
M.Əsədov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.