Neftçalanın Xolqaraqaşlı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan şəxs vəfat edib.

Gunxeber.Az-ın məlumatına görə, xəstəxanaya yerləşdirilən 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, partlayış nəticəsində onun qardaşı, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.