15 May 2025
WhatsApp Image 2025-04-28 at 20.46.17 (1)

28 aprel 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Tibb və Təbiət elmləri” Fənn Birləşmə sədri Elşən Həsənovun təşkilatçılığı, kollecin “Tibb bacısı ( qardaşı) işi” ixtisasında təhsil alan tələbələrin iştirakı ilə görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “TİBBİN GÜNƏŞİ” intellektual yarışı keçirilib. Tədbirdə kollecin direktoru dosent Kəmalə Süleymanlı , İnzibati təsərrüfat işləri üzrə direktor müavini Çingiz Aslanov , əyani şöbə müdirləri Kamalə Hüseynova, Elmir Ağayev , kollecin metodisti Ülviyyə Əliyeva iştirak ediblər. Yarışda ixtisasın müxtəlif qruplarından 16 komanda iştirak edib. Gərgin mübarizə fonunda keçen yarışda “Aeskulapius”komandası I-ci, “12 may” komandası ikinci, “Ağ xalatlılar” komandası isə III-cü yerə çıxıblar. Qalib komandalar “Fəxri Fərman” və hədiyyələrlə təltif olundular. Sonda kollecin direktoru dosent Kəmalə Süleymanlı tələbələrə təhsil həyatlarında uğurlar arzuladı. Çıxış edən “Tibb və Təbiət elmləri” Fənn Birləşmə sədri Elşən Həsənov tələbələrə qarşıdan gələn yay imtahan sessiyasına ciddi hazırlaşmağı tövsiyə etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir