
Şəmkir sakini ehtiyatsızlıqdan yanaraq ölüb.
Gunxeber.Az-ın məlumatına görə, hadisə rayonunun Səməd Vurğun qəsəbəsində baş verib.
Qəsəbə sakini 1967-ci il Namiq Qurbanov qəsəbə ərazisindəki evinin həyətində məişət tullantıları yandıran zaman ehtiyatsızlıq edib. O, əvvəlcə tullantıya od vursa da, həmin tullantılar zəif yanıb. N.Qurbanov həmin tullantıların tez alışması üçün avtomobilindən çəkdiyi 2 litrlik qabda olan benzini odun üstünə töküb. Nəticədə onun əlindəki benzin qab alışıb. Ev sahibi özünü itirərək benzin qabını əlindən öz üstünə atıb və nəticədə əynindəki paltarlar alışıb. Ailə üzvləri onu xilas etmək istəsələr də, mümkün olmayıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.