Bakının Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Bu barədə GunXeber.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli məlumat verib.

“Hadisə mayın 27-si, saat 2:50-də qeydə alınıb.

“Daewoo Gentra” markalı 99-GC-972 dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü – 1991-ci il təvəllüdlü Elvin Razi oğlu Babazadə hadisə yerində həyatını itirib. Onun sərnişini isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”, – deyə açıqlamada qeyd olunur.