
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə biletlər satışa çıxarılıb.
Gunxeber.Az xəbər verir ki, 1/8 final görüşlərinin biletləri 5-8 manat təşkil edir.
Hələlik Milli Gimnastika Arenasının aşağı tribunalarına yerlər satışa çıxarılıb.
Qeyd edək ki, yarışın 1/8 final matçları hər gün dörd oyun olmaqla 27-28 mayda gerçəkləşəcək. Bir biletlə günün bütün qarşılaşmalarını izləmək mümkündür.
Azərbaycan milli komandası 1/8 final mərhələsi çərçivəsində sabah saat 20:30-da son dünya çempionu Rumıniyanı sınağa çəkəcək.