
26 aprel 2025-ci il tarixində İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri geniş tərkibdə iştirka edib. Tədbirdə İsmayıllı Dövlət Humanitar ve Texnologiya Kollecinin direktoru dosent Kəmalə xanım Süleymanlı, “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənov, “Tibb bacısı(qardaşı) işi” ixtisasının bir qrup tələbəsi iştirak etdi.