
İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecində , Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı şöbəsinin rəhbəri Hafiz Kərimov-la görüş keçirilib.
Görüşdə tələbələrə təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Kollecin ictimai həyatında aktiv iştirak edən və akademik göstəriciləri yüksək olan tələbələr “Fəxri Fərman” la mükafatlandırıldı.
Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkili çəkilib.