15 May 2025
492389544_1297566739042282_6724443025058195676_n

Gunxeber.Az xəbər verir ki, İsmayıllı rayonunun Kürdmaşı kənd sakini, 2010-cu il təvəllüdlü Nuriyeva Rəna Babək qızı Serbiyanın Luçani şəhərində keçirilən “Gimnaziada 2025” idman oyunlarında sərbəst güləş üzrə 62 kq çəki dərəcəsində qızıl medala layiq görülərək ölkəmizi layiqincə təmsil edib.

Güləş karyerasına 2022-ci ildə başlayan Rəna bu müddət ərzində müxtəlif klubdaxili və ölkə səviyyəli yarışlarda uğurlu çıxışları ilə seçilmiş, 2024-cü ildə keçirilmiş Respublika birinciliyində və Asiya çempionatında ikinci yerə layiq görülmüşdür.

İdmançımızı qəbul edərək onunla səmimi söhbət etdik, gələcək hədəfləri, idmana olan marağı və inkişaf istiqamətləri barədə fikir mübadiləsi apardıq. Rəna Nuriyevanın qazandığı bu uğur bir daha göstərir ki, İsmayıllı rayonunun gəncləri istedad və iradə ilə böyük nailiyyətlərə imza atmaq gücünə malikdirlər.

Bu münasibətlə gənc idmançımızı və onu hazırlayan məşqçiləri təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir