
17 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecində “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənovun və “Tibb bacısı( qardaşı) işi ” ixtisası üzrə təhsil alan tələbələrin təşkil etdikləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində sərgi keçirildi. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul şəxsi Gülər Baxışova, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı şöbəsinin rəhbəri Hafiz Kərimov, İsmayıllı Dövlət Rəsm Qalereyasının direktoru İkram İsmayılov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov iştirak etdi.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru dosent Kəmalə Süleymanlı Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin suverenliyimizin və müstəqilliyimizin möhkəmlənməsində əhəmiyyəti barədə ətraflı məlumat verdi.
Qonaqlar sərgidə tələbələrin bir-birindən maraqlı əl işləri, yaradıcılıq nümunələri ilə tanış olduqdan sonra tələbələrə öz minnətdarlıqlarını bildirdilər. Cənab İlham Əliyevin təsis etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış bugünkü tədbirin əhəmiyyətini tələbələrə ətraflı məlumat verdilər. Qonaqlar tələbələrə təhsil həyatında uğurlar arzuladılar.
Tədbirin keçirilməsində fəallıq göstərdiyi üçün İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci PHŞ-in “Tibb və təbiət elmləri” FBK sədri Həsənov Elşən Bəhmən oğlu Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının “Fəxri Fərmanı” ilə təltif edildi.