15 May 2025
InShot_20250416_224857606

İsmayıllıda güclü külək və leysan yağışlarının fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülüb

Son günlər İsmayıllı rayonunda müşahidə olunan qeyri-sabit hava şəraiti — güclü külək, intensiv yağış və leysan nəticəsində bəzi yaşayış məntəqələrində məişət infrastrukturu zərər görmüş, təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə dərhal zəruri tədbirlərin görülməsinə başlanılmışdır.

Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək, ərazilərdə aşmış ağacların, dağıntıların və palçıq kütlələrinin təmizlənməsi, habelə suötürücü qurğuların fəaliyyəti ilə bağlı monitorinqlər aparıb.

Yağıntıların təsiri ilə bir sıra dağlıq ərazilərdə çaylarda su səviyyəsi artmış, bəzi kənd yollarında nəqliyyatın hərəkətində çətinliklər müşahidə olunmuşdur.

Elektrik təchizatında yaranan qısa müddətli fasilələr artıq əsasən aradan qaldırılıb, enerji təminatı bərpa olunub.

Hazırda hava şəraitinin qismən stabilləşməsi fonunda ərazilərdə nəzarət və bərpa işləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir