
15 aprel 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi dərin hörmət və ehtiramla anıldı. Tədbir kollecin “Tibb bacısı ( qardaşı) işi” ixtisasında dərs deyən həkim-müəllimlər və tələbələrin iştirakı ilə qeyd edildi. Tədbiri kollecin direktoru dosent Kəmalə Süleymanlı giriş sözü ilə açaraq qeyd etdi ki, Zərifə xanım Əliyevanın vəfatından 40 il keçməsinə baxmayaraq qədrbilən Azərbaycan xalqı tərəfindən hər il dərin hörmətlə anılır və əziz xatirəsi xalqımızın yaddaşında əbədi qalacaqdır.
Tədbirdə kollecin Tədris və tərbiyə işləri üzrə d.m.Ülviyyə Nəzərova və Tibb və Təbiət elmləri üzrə Fənn Birləşmə sədri Elşən Həsənov çıxış edərək Zərifə xanım Əliyevanın əziz xatirəsini bir daha yad etdilər.