Qəbələdə 53 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Gunxeber.Az-ın məlumatına görə, Qəbələ şəhər sakini, 1972-ci il təvəllüdlü Xatirə Hacıbalayeva hamamda dəm qazından boğulub.

Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.