
Gunxeber.Az xəbər verir ki, hadisə rayonun Viyən kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədovun hərarəti yüksək olub. Yaxınlarının sözlərinə görə, evdə ona qonşu tərəfindən antibiotik iynəsi vurulub. Vurulan iynədən sonra İ.Məmmədovun halı pisləşib və evə təcili tibbi yardım çağırılıb. Lakin İ.Məmmədovun həkiməqədər ölüm faktı qeydə alınıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Qeyd edək ki, İmran Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb.
O, televiziya kanalı ilə müqaviləsi bitdikdən sonra toylarda çəkiliş edirdi. Bu gün də İ.Məmmədov şadlıq saraylarının birində toy məclisini çəkməli idi.
Faktla bağlı araşdırma aparılır.