Şamaxı rayonunda “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə gənclər və idman sektoru, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Şamaxı rayon təhsil sektoru, FHN-nin rayonda yerləşən N saylı hərbi hissəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi ilə birgə, təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq 09 aprel 2025-ci il tarixində gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirildi.

Keçirilən yarışda rayonun ümumtəhsil tam orta məktəblərinin X-XI sinif şagirdlərindən ibarət məktəbli gənclər iştirak edirdi. Tədbiri Şamaxı rayonu üzrə gənclər və idman sektorunun müdiri Şahmar Hüseynov açıq elan etdikdən sonra yarışa start verildi. Yarışın “Sıra hazırlığı” mərhələsi Şamaxı Heydər Əliyev Parkında, digər mərhələləri isə Şamaxı şəhər 6 saylı tam orta məktəbin bazasında keçirildi. Bütün komandalar ardıcıllıqla mərhələlər üzrə çıxış etdikdən sonra yekun xalları hakimlər heyyəti tərəfindən hesablandı və qaliblər müəyyən olundu. Belə ki,
🥇I-yer E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin komandası
🥈II-yer M.Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin komandası
🥉III-yer Çarhan kənd tam orta məktəbin komandası.

Qalib gələn komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin müvafiq diplomları ilə təltif olundular. Rayon birinciliyində I yeri tutmuş E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyununun zona mərhələsində iştirak etmək hüququ qazandı.

Gunxeber.Az Nurlan Nugayev Şamaxı