
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, 09 aprel 2025-ci il tarixində İsmayıllı şəhər 3 saylı məktəb-liseydə “Şahin” hərbi-idman oyununun İsmayıllı rayon mərhələsi keçirildi.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi və idarənin əməkdaşları, İsmayıllı Təhsil sektorunun müdiri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri, SHXÇDX-nın əməkdaşları, şəhid valideynləri, məktəblərin hərbi və idman müəllimləri və X və XI sinif şagirdləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhadətə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının mahiyyəti barədə məlumat verib və hər bir komandaya uğurlar arzulayıblar.
“Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir.
İsmayıllı rayon birinciliyinin nəticələrinə əsasən,🥇I yeri Adil Məmmədov adına Diyallı kənd tam orta məktəbi ,🥈Il yeri Elşad Bayramov adına Talıstan kənd tam orta məktəbi, 🥉III yeri isə Eldar Məmmədov adına şəhər 3 saylı mətəb-liseyin və Natiq Behdiyev adına şəhər 6 saylı tam orta məktəbin komandası qazanıb.
“Şahin” hərbi-idman oyununda qalib gələn komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.