T.C Eyüpsultan Kaymakamılığı AFAD məsul şəxsi Ahmet Koçak İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecində qonaq olub.
Şəhid tələbələrin xatirəsinə inşa edilmiş abidə ziyarət olunub, abidənin üzərinə gül dəstələri qoyulub.
Ahmet Koçak “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənovun iştirakı ilə “Tibb bacısı (qardaşı) işi” ixtisasında təhsil alan tələbələrlə görüşüb.
Tədris prosesi ilə tanış olub. İxtisaslarının nə qədər vacib və məsuliyyətli ixtisas olduğunu vurğulayan Ahmet Koçak tələbələrə təhsillərində uğurlar arzulayıb.

Sonda xatirə şəkili çəkilib