“Naxçıvanda zəhərlənən 17 nəfərdən doqquzu uşaq olub”.

Gunxeber.Az “Report”a istinadən xəbər verir ki, bunu Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, zəhərlənənlər üç ayrı ailənin üzvləri olublar:

“Beş nəfər bir ailədən, dörd nəfər bir, bir nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq, zəhərlənmə halının çox olduğu məlumatı bizdə var. Yəni təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib”.