Bu gün gecə saat 1-də paytaxtın Yasamal rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Gunxeber.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini Hikmət Mədətli idarə etdiyi “Lexus” markalı avtomobillə 1984-cü il təvəllüdlü Cəlilabad rayon sakini Artur Quliyevi vurub.

“Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb”, – deyə məlumatda qeyd edilib.