
9 aprel 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı , İsmayıllı şəhər 2 nömrəli məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə zərərli vərdişlərə qarşı mübarizə çərçivəsində tədbir keçirilib.
Tədbirin açılışın edən məktəbin direktoru Ramil Dadaşov qonaqları şagirdlərə təqdim edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə xanım Əliyeva tədbir iştirakçılarına mental sağlamlıq haqqında məlumat verib. Mərkəzin sosial psixoloqu Ayşən Mahmudova şagirdlərə gigiyenik normalar və sağlam həyat tərzi haqqında məlumat verib.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin “Tibb və təbiət elmləri” FBK sədri Elşən Həsənov şagirdlərə orqanizmin yaş xüsusiyyətlərini və mental sağlamlıq üçün risk amilləri sayılan zərərli vərdişlər barədə məlumat verib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilib.