15 May 2025
FB_IMG_1746706610510

🗓️07 may 2025-ci il tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Rənglərdə suverenlik” adlı🎨 rəsm müsabiqəsi keçirilmişdir.

📣Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini və idarənin Gənclərlə iş sektorunun əməkdaşları, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, əməkdaşları və şagirdləri, İsmayıllı Dövlət Rəsm Qaleriyasının direktoru, F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimi və şagirdləri iştirak edirdilər.

🎯Tədbirin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd edilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların suverenlik və müstəqillik dəyərlərinə bədii yanaşmalarının təşviqinə, eləcə də Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının incəsənət vasitəsilə təbliğinə nail olmaq və istedadlı şagirdlərin öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması olmuşdur.

🏆Müsabiqədə I, II, III yerlərin qalibləri münsiflər heyəti tərəfindən müəyyən olunduqdan sonra təşkilatçılar tərəfindən müvafiq diplom və medallar ilə, digər iştirakçılar isə Fəxri Fərmanlarla mükafatlandırıldılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir