15 May 2025
494087274_1132472825351143_7528148372073086722_n

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Azərbaycan xalqının Ümumilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə hərs olunmuş tədbir keçirildi.

Tədbirdə kollec rəhbəri dosent Kəmalə Süleymanlı, Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, torpaqlarımızın azadlığı uğrunda müharibədə şəhidlik zirvəsinə ucalan polkovnik leytinant Ruslan Tağıyevin atası Fuad Tağıyev, inzibati heyyət, müəllimlər və tələbələr iştirak etdilər.

Tədbirdən öncə kollecin şəhid tələbə və məzunlarının xatirəsinə ucaldılmış xatirə lövhəsi ziyarət edilərək, önünə gül dəstələri qoyuldu, xatirələri yad edildi.

Tədbir müasir Azərbaycan dövlətinin banisi və xilaskarı Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən, onun zəngin siyasi irsindən və gələcək nəsillər üçün həyat yolundan danışdılar. Tələbələr hazırladıqları canlı musiqi ifaları və rəqs nömrələri ilə çıxış edərək, tədbirə xüsusi rəng qatdılar.

Gunxeber.Az Nurlan Nugayev İsmayıllı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir