
Ümummilli Lider Heydər Əliyevin 102 -ci il dönümü və eyni zamanda Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranması günü münasibətilə ilə Nizami rayonu 1 saylı uşaq evində tədbir keçirildi.
Tədbirdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nümayəndələri və Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsinin rəhbərliyi və könüllüləri iştirak edirdi.
1 saylı uşaq evinin müdiri Nərminə Zöhrabova gördükləri işlərdən danışdı və bizləri uşaqların əl işləri ilə tanış etdi.
Onların əl işlərində böyük zəhmət və sevgi hiss olunurdu.
Bakı Regional Mərkəzin koordinatoru Rəna xanım öz sevincini uşaqlarla bölüşərək onlara xoşbəxt gələcək arzuladı.
Sonda uşaqlara gətirilən hədiyyələr paylanıldı.